Bənəniyar su anbarındakı balıqlar hövzənin daha dərin hissələrinə köçürülür – YENİLƏNİB
- 16 oktyabr, 2025
- 13:02

Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonundakı Bənəniyar su anbarında suyun səviyyəsi azalıb, balıqlar hövzənin daha dərin hissəsinə köçürülür.
"Report"un yerli bürosunun məlumatına görə, Culfa rayonunun Bənəniyar su anbarında suyun səviyyəsinin azalması ilə əlaqədar məhv olma təhlükəsi ilə üzləşən balıqlar , Naxçıvan MR Fövqəladə Hallar Nazirliyi (FHN) və muxtar respublikanın Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən anbarın digər, daha dərin hissəsinə köçürülür.
Qeyd edilib ki, su anbarında balıqların tələf olması hövzədə suyun azalması və oksigen çatışmazlığı ilə bağlıdır.
Culfa rayonunda balıqların kütləvi tələfatı qeydə alınıb.
"Report"un yerli bürosunun məlumatına görə, hadisə kənddə yerləşən Bənəniyar su anbarında baş verib.
Buna səbəb su səviyyəsinin kəskin şəkildə aşağı enməsi olduğu bildirilir.