İşçi qrupun üzvü: "İşğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası böyük əhəmiyyət kəsb edir"

Ekologiya
  • 27 fevral, 2025
  • 13:53
İşçi qrupun üzvü: İşğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası böyük əhəmiyyət kəsb edir
Nərgiz Qaracayeva

İşğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası böyük əhəmiyyət kəsb edir. 

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cəbrayıl rayonunda mövcud kəhriz sistemlərinin monitorinqi və bərpası məsələsi ilə bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi, Ekoloji məsələlər üzrə işçi qrupun üzvü Nərgiz Qaracayeva Zəngilan şəhərində işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun iclasında bildirib. 

Onun sözlərinə görə, ötən il Horovlu kəndində beş kəhriz bərpa edilib: "İşğaldan azad olunmuş ərazilərdə kəhrizlərin bərpası böyük əhəmiyyət kəsb edir. Çünki onlar dayanıqlı su mənbələridir. Horovludakı kəhrizlər regionda bərpa olunan yeganə kəhrizlərdir. Həmin kəhrizlərin su həcmi Horovlu kənd əhalisinin ilkin mərhələdə su ehtiyacını ödəyə bilər".

N.Qaracayeva qeyd edib ki, kəhrizlərin bərpası üçün aidiyyatı qurumlarla birgə fəaliyyət planı hazırlamaq  olduqca önəmlidir. 

44 filmi