Zaqatalada canavarların hücumu ilə bağlı nazirliyin nümayəndələri əraziyə göndərilib

Ekologiya
  • 14 oktyabr, 2019
  • 08:16
Zaqatalada canavarların hücumu ilə bağlı nazirliyin nümayəndələri əraziyə göndərilib

Zaqatala rayonunun Kəpənəkçi kəndində canavarların mal-qaraya hücum etməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) nümayəndələri həmin əraziyə göndərilib.

Nazirliyin mətbuat katibi İradə İbrahimova “Report”un sorğusuna cavab olaraq bildirib ki, hazırda vəziyyət araşdırılır:

"Zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görüləcək".