Camal Hüseynov: Azərbaycanın 36,6%-i qarşıdakı dövrdə iqlim dəyişmələrindən əziyyət çəkəcək

Ekologiya
  • 11 sentyabr, 2026
  • 15:19
Camal Hüseynov: Azərbaycanın 36,6%-i qarşıdakı dövrdə iqlim dəyişmələrindən əziyyət çəkəcək

Azərbaycanın 36,6%-i bundan sonrakı dövrdə iqlim dəyişmələrindən əziyyət çəkəcək.

"Report"un məlumatına görə, bunu Milli Aviasiya Akademiyasının dosenti, coğrafiya elmləri üzrə fəlsəfə doktoru Camal Hüseynov "Bakı İqlim Fəaliyyəti Həftəsi-2026" çərçivəsində keçirilən dəyirmi masada deyib.

O, müəyyən dövrdən sonra Kür-Araz ərazilərində subasmaların sürətlə artacağını bildirib:

"Abşeron yarımadasında da bu proseslər davam edəcək. Dolu, ildırım prosesləri, ekstremal atmosfer yağıntıları artacaq. Növbəti 5 il ərzində bu prosesi biz daha aktiv şəkildə görə bilərik".

Dosent əlavə edib ki, Abşeron yarımadasında 2024-cü ildə cəmi bir dəfə ekstremal yağıntılar baş vermişdisə, həmin ərazidə analoji təbiət hadisəsi bu il artıq 3 dəfə təkrarlanıb:

"Bu proses daha da sürətlənəcək. Abşeron yarımadasında subasma probleminin mövcudluğu artıq göz qabağındadır. Dağlıq ərazilərdə isə daha çox daşqınlar baş verəcək".

44 filmi