Bu gündən hava şəraiti qeyri-sabit keçəcək
Ekologiya
- 23 dekabr, 2020
- 10:02
Dekabrın 23-dən 25-i səhərədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, dekabrın 24-ü axşamdan 25-i səhərədək şəhərətrafı ərazilərdə yağıntının sulu qara keçəcəyi ehtimalı var. Şimal-qərb küləyinin sürəti 15-18 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.
Dekabrın 23-dən 25-i səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Son xəbərlər
23:05
Zelenski: Ukrayna dənizdə dronlarla müdafiə xətti yaradacaq
Digər ölkələr23:04
DÇ-2026: Kanadaya qalib gələn Mərakeş 1/4 finala yüksələn ilk komanda olub - YENİLƏNİB-5
Futbol22:32
Antonelli "Formula-1" üzrə Böyük Britaniya Qran-prisinin təsnifat mərhələsində qalib olub
Formula 122:05
Foto
"Gənc xilasedici" XII beynəlxalq yarışının qalibləri mükafatlandırılıb
Daxili siyasət22:02
Türkiyədə mikroavtobus dərəyə aşıb, 22 nəfər xəsarət alıb
Region21:51
Çində daşqının fəsadları nəticəsində iki nəfər həlak olub
Digər ölkələr21:34
Ələt-Astara avtomobil yolunun kənarında yanğın baş verib
Hadisə21:32
Foto
XV Beynəlxalq İpək Yolu Festivalının açılış mərasimi keçirilib
Mədəniyyət siyasəti21:21