Bir qrup şagirdin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub - FOTO

Ekologiya
  • 20 oktyabr, 2018
  • 14:39
Bir qrup şagirdin Şamaxı Safari Parkına ekskursiyası təşkil olunub - FOTO
Foto: "Report"

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün respublika və beynəlxalqfənn olimpiadaları qaliblərindən ibarət bir qrup şagirdin Şamaxı Safari Parkınaekskursiyası təşkil olunub.

"Report"un xəbərinə görə, ekskursiyada TəhsilNazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsinin müdiri Vasif Məmmədovvə media nümayəndələri iştirak edib.

Ölkə başçısının tapşırığına əsasən, Təhsil Nazirliyi iləDövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə 2018-2019-cu tədris ilininoktyabr, noyabr, aprel və may aylarında Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərişagirdlərinin Şamaxı Safari Parkına həftədə bir dəfə ekskursiyalarının təşkilinəzərdə tutulub.

Ekskursiyalar ekoloji turizm sahəsində xüsusi təcrübəsi olanTəhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən həyatakeçirilir. İDEA İctimai Birliyi, Respublika İnkişaf Mərkəzi, Ümumdünya Vəhşi TəbiətFondu ilə birgə bir çox ekoloji yönümlü layihələr həyata keçirir. Bu layihələrdən“Ceyranları qoruyaq”, “Bəbirləri mühafizə edək”, “Zubrları təbiətimizəqaytaraq” adlı layihələr ekoloji sahədə uşaq və gənclərin maarifləndirilməsi,onlarda doğma təbiətə sevgi və qayğı hisslərinin aşılanması, vəhşi təbiətdəolan müxtəlif növ heyvan cinslərinin tanıdılması, nəsli kəsilməkdə olan heyvancinslərinin qorunması, onlara qayğının təbliği, müvafiq sahələrdə praktikbiliklərin əldə edilməsi məqsədilə davamlı olaraq keçirilir.

Prezident İlham Əliyevin 6 dekabr 2016-cı il tarixli Fərmanıilə təsdiq edilmiş “Azərbaycanda ixtisaslaşmış turizm sənayesinin inkişafınadair Strateji Yol Xəritəsi”nə uyğun olaraq, vəhşi heyvanlar üçün ekolojiqoruğun yaradılması məqsədilə Şamaxı rayonunun ərazisində olan Pirqulu adlanandağ-meşə sahəsində 620 hektar ərazinin hüdudları içərisində 480 hektar ərazibeynəlxalq standartlara uyğun formada çəpərlənərək Şamaxı Safari Parkıyaradılıb.

Buraya Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstan təsərrüfatlarındangenetik qiymətli heyvanlar gətirilərək xüsusi mühafizə olunan əraziyəburaxılıb.

Ekskursiya zamanı Safari Parkının direktoru Tofiq Həsənov vətur rəhbəri şagirdlərə ərazi və heyvanlar haqda məlumat verib.

Daha sonra T.Həsənov jurnalistlərə bildirib ki, çəpərlənmiş ərazinin21 bölməsində ayrı-ayrılıqda üç növ heyvan saxlanılır. O deyib ki, parka2015-ci ildə Avropa ölkələrindən 420 heyvan gətirilib: "Bunlar - nəcibmaral, muflon və layndır. Hazırda isə burada ümumilikdə 1012 heyvan var. BizEkologiya və Təbii Sərvətlər Nazirliyi və akademiya ilə birgə işləyirik və çoxgüman ki, gələcəkdə parka Zaqafqaziya zuburları da gətirəcəyik. Düzdü, buzubrların nəsili dünyada kəsilməkdədir, lakin bunların bir növü Rusiya ərazisindəvar. Parkdakı heyvanlar nəsili kəsilmək üzrə canlılardır. Məqsədimiz həminheyvanları burada yetişdirib, vəhşi papuliyasıya halına salıb, təbiətimizəötürməkdir. Yenə də böyük ərazini çəpərləyirik və hər il bura 150-200 heyvanötürüləcək".

T.Həsənov parkda olan heyvanların qidalarından da danışıb:"Yay-yaz fəslində heyvanlar üçün nəzərədə tutulan vanyerlər dəyişdirilir vətəbii otlaqdan istifadə olunur. Qışda isə yemlənir. Bunun üçün bizim Qəbələrayonunda 500 hektar torpaq sahəmiz var və ora yem bazamızdır.  Həmin yerdə heyvanların yemini hazırlayıbbura gətiririk".

Təhsil Nazirliyinin Məktəbdənkənar Fəaliyyətin Təşkili Şöbəsininmüdiri V.Məmmədov isə vurğulayıb ki, Safari Parkına ilk dəfə məktəblilərinekskursiyası təşkil olunub. Onun sözlərinə görə, bu gün 30 şagird parkdaheyvanlarla tanış olub: "Bu, unikal bir layihədir. Belə ekskursiya məktəblilərüçün də maraqlıdır. Parkın rəhbərliyi və əməkdaşları tərəfindən şagirdlərə ətraflıməlumat verildi. Təhsil Nazirliyi tərəfindən mütəmadi olaraq, parka belə səfərlərolacaq. Bakı və respublikamızın digər bölgələrindən də şagirdlərin Safari Parkına səfəri planlaşdırılıb və artıq cədvəl də tərtib edilib".

Parkda olan şagirdlər səfərdən razı qaldıqlarını,heyvanlarla yaxından tanış olduqlarını vurğulayıblar.

Foto: Firi Səlim

44 - Tezliklə