Bazar gününün havası açıqlanıb
Ekologiya
- 18 oktyabr, 2025
- 12:20
Bakıda və Abşeron yarımadasında oktyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16, gündüz 20-24, dağlarda gecə 0-4, gündüz 5-10 dərəcə isti olacaq.
Son xəbərlər
10:48
Foto
Azərbaycan jurnalistləri Daşkənddəki "TEXNOPARK" kompleksini ziyarət ediblər
Media10:46
Rüfət Abdullazadə: "Hapoel" İsrail çempionatının ən təcrübəli və intizamlı komandalarından biridir"
Futbol10:46
"SİMA İmza" "AFB Bank"ın rəqəmsal xidmətlərinə inteqrasiya olunub
Maliyyə10:43
Malayziyanın yeni səfiri Azərbaycana gəlib
Digər ölkələr10:42
Birinci Qarabağ müharibəsinin daha 5 itkin-şəhidi dəfn olunacaq
Daxili siyasət10:41
Azərbaycanda "İstilik qurğularının texniki istismar Qaydaları" təsdiqlənib
Energetika10:40
Foto
Altay Mustafayev ABŞ-də hüquq doktoru almış ilk azərbaycanlı olub
Daxili siyasət10:36
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclis10:21