Bazar gününə olan hava proqnozu açıqlanıb
Ekologiya
- 08 aprel, 2023
- 08:57
Bakıda və Abşeron yarımadasında aprelin 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən “Report”a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-11° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 769 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 20-25° isti, dağlarda gecə 0-5° isti, gündüz 6-10° isti olacaq.
Son xəbərlər
17:21
Rövşən Rzayev vətəndaş qəbulu keçirib
Daxili siyasət17:14
DÇ-2028: Azərbaycanın futzal millisinin oyunlarının təqvimi bəlli olub
Futbol17:11
Foto
Cəlilabadda qəzada yaralananların sayı artıb - YENİLƏNİB-2
Hadisə17:06
Foto
Kamran Əliyev Kəlbəcərdə prokurorluq oraqanlarının xidməti fəaliyyəti ilə tanış olub
Daxili siyasət17:04
Azərbaycan millisinin voleybolçusu Ceyran İmanova klubunu dəyişib
Komanda16:58
Günel Nəbiyeva: "ATB biznesin etibarlı tərəfdaşı olmağı hədəfləyir" – MÜSAHİBƏ
Maliyyə16:50
Türkiyədə yeni yaradılmış Azərbaycan kapitallı şirkətlərin sayı 90 %-dən çox artıb
Biznes16:47
Zaur Ramazanov: "Sabah" üçün "KuPS"la matç asan olmayacaq"
Futbol16:46