Bakıda müşahidə olunan yağışlı hava şəraiti sabah da davam edəcək

Ekologiya
  • 27 oktyabr, 2015
  • 08:38
Bakıda müşahidə olunan yağışlı hava şəraiti sabah da davam edəcək

Bakı. 27 oktyabr. REPORT.AZ/ Sabah Azərbaycan ərazisində müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Report"a bildirilib ki, oktyabrın 28-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13, gündüz 13-15, Bakıda gecə 11-13, gündüz 13-15 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 12-17, dağlarda gecə 1-6, gündüz 6-11 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 30-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssəs insanlar üçün əsasən əlverişli olsa da, buludlu və rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.

44 - Tezliklə