Azərbaycanda yeni ekoturizm konsepsiyası hazırlanacaq

Ekologiya
  • 01 mart, 2019
  • 11:32
Azərbaycanda yeni ekoturizm konsepsiyası hazırlanacaq

Bakı. 1 mart. REPORT.AZ/ Azərbaycanda iki ay ərzində yeni ekoturizm konsepsiyası hazırlanacaq.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması departamentin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, xarici ekspertlərlə birlikdə bu istiqamətdə işlər aparılır: "Dövlət Turizm Agentliyinin dəvəti ilə bu yaxınlarda ölkəmizə gələn xarici ekspert milli parklarımızla tanış olub. O, parklarımızı çox bəyənib. Apreldə isə Çexiyadan ekspert gələcək. O, bizə milli parklarımızda nişanlama işlərinin aparılmasına yardım edəcək".

Nazirlik rəsmisi əlavə edib ki, ölkədə ekoloji turizmə maraq artır: "Ölkədə ekoloji turizmin inkişafı üçün potensial var".