Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək

Ekologiya
  • 13 oktyabr, 2015
  • 07:51
Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda yağışlı hava şəraiti sabah da davam edəcək.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Oktyabrın 14-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 15-17, Bakıda isə gecə 12-14, gündüz 15-17 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında arbir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14, gündüz 14-19, dağlarda gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-metereoloji proqnoza əsasən, oktyabrın 14-15-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi və metereoloji amillərin zəif və mülayim tərəddütü meteohəssəs insanlar üçün əsasən əlverişlidir.