Azərbaycanda Dağıstan turlarının ovlanması faktı aşkarlanmayıb

Ekologiya
  • 04 mart, 2022
  • 12:08
Azərbaycanda Dağıstan turlarının ovlanması faktı aşkarlanmayıb

Azərbaycan ərazisində Dağıstan turlarının ovlanması ilə bağlı heç bir fakt aşkarlanmayıb.

“Report”un xəbərinə görə, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.

Onun sözlərinə görə, bunla bağlı reydlər keçirilib və nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkədə Dağıstan turlarının ovlanması məlumatları yayılıb.

Xatırladaq ki, ölkədə Dağıstan turunun ovlanması qadağandır.