Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağın payına düşür

Ekologiya
  • 27 fevral, 2025
  • 13:02
Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağın payına düşür

Azərbaycan florasında olan bitkilərin 35 faizdən çoxu Qarabağda yayılıb.

"Report"un Zəngilana ezam olunmuş müxbirinin xəbərinə görə, bunu AMEA-nın vitse prezidenti İradə Hüseynova Zəngilanda İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə işçi qrupunun bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ərazidə ümumilikdə 101 növ dərman, 44 növ yabanı qida-meyvə və giləmeyvə, 28 növ yabanı tərəvəz, 20 növ ətirli-ədviyyəli, 10 növ boyaq və 300 növ yem bitkisi var.