Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Ədəbiyyat
  • 31 iyul, 2026
  • 17:41
Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır.

"Report"un məlumatına görə, abidə artıq Fəxri xiyabana gətirilərək quraşdırılıb.

Qəbirüstü abidənin yaxın günlərdə açılışının olması gözlənilir.

Abidənin müəllifi Xalq rəssamı Natiq Əliyevdir.

Qeyd edək ki, Xalq yazıçısı Elçin 2025-ci il avqustun 3-də vəfat edib.