Tanınmış ingilis yazıçısı vəfat edib
Ədəbiyyat
- 28 dekabr, 2016
- 00:53
Bakı. 28 dekabr. REPORT.AZ/ İngiltərə yazıçısı, uşaqlar üçün yazılmış "Təpələrin sakinləri" romanının müəllifi Riçard Adams 96 yaşında vəfat edib.
"Report" xəbər verir ki, bu barədə yazıçının rəsmi saytında məlumat yerləşdirilib.
"...Ailə üzvləri kədər hissi ilə əziz ata, baba və ulu babalarının Milad ərəfəsində (24 dekabr) vəfat etdiyini xəbər veriblər", - deyə məlumatda bildirilir.
R.Adams 1972-ci ildə, "Təpələrin sakinləri" nağılının işıq üzü görməsindən sonra məşhurlaşıb. Roman Uoterşip təpəsində yaşayan dovşan dəstələrinin həyatından bəhs edir. O, bu romana görə nüfuzlu Karneqi medalı, Britaniyanın uşaq ədəbiyyatı sahəsində təsis edilmiş illik mükafatını alıb. 1978-ci ildə əsər rejissor Martin Rozen tərəfindən ekranlaşdırılıb.
Son xəbərlər
00:10
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Qarabağ00:05
Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb
Daxili siyasət00:05
Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür
Qarabağ00:00
Azərbaycanın dövlət suverenliyini tam bərpa etməsindən 3 il keçir
Qarabağ23:40
"The Athletic": UEFA püşkatma zamanı İrlandiya və İsrail yığmalarını ayırmaqdan imtina edib
Futbol23:34
Trampın iqamətgahı üzərində uçan təyyarə ələ keçirilib
Digər ölkələr23:15
Yaxın Şərqdən çıxan "Abraham Lincoln" gəmisi Quama çatıb
Digər ölkələr23:01
"Trabzonspor" Salahın het-trik etdiyi oyunda "Qalatasaray"a qalib gəlib
Futbol22:59