Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq

Ədəbiyyat
  • 01 aprel, 2016
  • 09:38
Söhrab Tahirin ikinci ayağı da amputasiya olunacaq

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycanın xalq şairi Söhrab Tahir ikinci dəfə əməliyyat olunacaq. Şairin ikinci ayağı da amputasiya ediləcək.

Bu barədə "Report"a AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib.

Onun sözlərinə görə, hazırda vəziyyəti stabil olan Söhrab Tahirin ayaqlarında çürümə ("qanqrena") gedir: "Bu səbəbdən, həkimlər şairin sol ayağının da amputasiya ediləcəyini bildirib".

Əməliyyatın yaxın günlərdə keçiriləcəyi nəzərdə tutulub.

Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.

Xatırladaq ki, Söhrab Tahir 1926-cı ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.