AYB-nin Komissiyasına sədr təyinatı olub

Ədəbiyyat
  • 14 mart, 2016
  • 11:18
AYB-nin Komissiyasına sədr təyinatı olub

Bakı. 14 mart. REPORT.AZ/ Azərbaycan Yazıçılar Birliyinin (AYB) Katibliyinin növbəti toplantısı keçirilib.

"Report" xəbər verir ki, AYB-nin Hərbi Vətənpərvərlik Komissiyasının sədri vəzifəsinə yeni təyinat müzakirə olunub. Komissiyanın üzvü, “İgid əsgər, möhkəm dayan” , “Vətən çağırır”, ”Cənab Leytenant” mahnılarının müəllifi Şahin Musaoğlunun namizədliyi yekdilliklə qəbul edilib.

Xatırladaq ki, bundan öncə Hərbi Vətənpərvərlik Komissiyasının sədri mərhum xalq şairi Zəlimxan Yaqub idi.