"The Wall Street Journal" ABŞ dövlət katibi vəzifəsinə namizədlərin adlarını açıqlayıb

Dünya
  • 15 noyabr, 2016
  • 06:42
The Wall Street Journal ABŞ dövlət katibi vəzifəsinə namizədlərin adlarını açıqlayıb

Bakı. 15 noyabr. REPORT.AZ/ ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandası dövlət katibi vəzifəsinə iki namizədi gözdən keçirir. Bunlar Nyu Yorkun keçmiş meri Rudolf Culiani və ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Boltondur.

"Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Nəşrin məlumatına görə, R.Culiani D.Trampın köhnə dostu və müttəfiqidir, C.Bolton isə 2015-ci ildə İranın bombalanmasını istəyən neokonservator kimi tanınır. Yeni prezident son qərarını qarşıdakı həftələrdə bildirməlidir. Eyni zamanda, namizədlərin siyahısının dəyişməsi də mümkündür.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçirilib. D.Tramp 290 seçici səsi toplamaqla 270 səs həddini aşıb və rəqibi, sabiq dövlət katibi Hillari Klintonu (228 səs) üstələyib. Yeni prezidentin andiçmə mərasimi yanvarın 20-nə təyin edilib.