İraqda İŞİD-in 121 silahlısı öldürülüb
Dünya
- 28 may, 2015
- 05:16
Bakı. 28 may. REPORT.AZ/ İraqda ABŞ hərbçilərinin rəhbərliyi ilə koalisiya və təhlükəsizlik qüvvələrinin İŞİD-ə qarşı apardığı əməliyyatlarda 121 terrorçu öldürülüb, 28 nəfər isə yaralanıb. "Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bununla bağlı İraq Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayıb.
Tikritin cənubunda İŞİD qüvvələrinə qarşı aparılan əməliyyatlarda 68 terrorçu öldürülüb. Bağdadın qərbində isə 8 terrorçunun məhv edildiyi və onlara aid 2 döyüş maşınının sıradan çıxarıldığı bildirilir. Digər bir hücumda isə İŞİD-in 25 üzvü də həyatını itirib.
Xatırladaq ki, İraqda İŞİD silahlılarının Mosul başda olmaqla bəzi bölgələrdə nəzarəti ələ keçirdikdən sonra ölkənin müxtəlif yerlərində toqquşmalar davam edir.
Son xəbərlər
09:13
Moskva ətrafında vurulan dronların sayı 103-ə çatıb, 3 nəfər xəsarət alıb
Region09:08
Mişi Batşuayi Səudiyyə Ərəbistanı klubuna keçib
Futbol09:02
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (18.08.2026)
Maliyyə08:57
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (18.08.2026)
Maliyyə08:55
Foto
Tovuzda avtomobil su kanalına düşüb, iki nəfər ölüb - YENİLƏNİB
Hadisə08:52
ABŞ Avropadakı müttəfiqlərinə raket sistemlərini uyğunlaşdırmağa icazə verə bilər
Digər ölkələr08:38
Filippində məktəbdə baş verən atışmada 2 nəfər ölüb
Digər ölkələr08:18
Bakıda yalnız beş istiqamətdə tıxac yaranıb
İnfrastruktur08:07