Polşa yığması ardıcıl 3 mundialda penaltidən yararlana bilməyən ilk komandadır

Dünya Çempionatı - 2022
  • 22 noyabr, 2022
  • 18:44
Polşa yığması ardıcıl 3 mundialda penaltidən yararlana bilməyən ilk komandadır

Futbol üzrə Polşa yığması 3 ardıcıl dünya çempionatında penaltidən yararlana bilməyən ilk komanda kimi tarixə düşüb.

"Report" OPTA-ya istinadən xəbər verir ki, Avropa təmsilçisi antirekorda Qətərdə keçirilən mundialda Meksika ilə qolsuz heç-heçə etdikləri C qrupunun I tur matçında 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirməməklə imza atıb.

58-ci dəqiqədə polşalıların kapitanı Robert Levandovskinin zərbəsini rəqib qapıçı Gilyermo Oçoa dəf edib. Bunadək isə 1978-ci ildəki dünya çempionatında Kazimej Deyna və 2002-ci ildəki mundialda Matsey Juravski eyni aqibəti yaşayıb.