FIFA “Qalatasaray”ın qapıçısına qarşı intizam işi açıb
Dünya Çempionatı - 2022
- 06 dekabr, 2022
- 10:28
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
FIFA Uruqvay yığmasının və “Qalatasaray”ın futbolçusu Fernando Musleraya qarşı intizam işi açıb.
“Report”un məlumatına görə, buna səbəb 36 yaşlı qapıçının Qətərdə keçirilən dünya çempionatının qrup mərhələsində Qanaya 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonrakı intizamsız davranışları olub.
Muslera ilə yanaşı, komanda yoldaşları Dieqo Qodin, Xose Maria Ximenes və Edinson Kavani ilə bağlı da iş açılıb. Qodin intizamsız hərəkətə yol verdiyi, Ximenes FIFA nümayəndəsi Kolin Smiti dirsəyi ilə vurduğu, Kavani isə VAR monitorunu sındırdığı üçün sanksiya ilə üzləşə bilər.
Qeyd edək ki, DÇ-2022-nin H qrupunda 4 xal toplayan Uruqvay millisi üçüncü yeri tutaraq, turnirlə vidalaşıb.
Son xəbərlər
08:37
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
Ekologiya
08:35
ABŞ Rusiyanın "kölgə donanması"na qarşı sanksiyaları yumşaltmağı nəzərdən keçirir
Digər ölkələr
08:24
Bakının bir çox yollarında tıxac yaranıb
İnfrastruktur
08:04
Bu gün Azərbaycanın bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:46
Britaniya Çernobıl AES-in təmiri üçün Ukraynaya 17 milyon funt sterlinq ayırıb
Digər ölkələr
07:18
ABŞ-nin səkkiz ştatı OpenAI şirkətinə qarşı iddia qaldırıb
Digər ölkələr
06:50
Şimali Koreya iki növ sualtı qayıqdan atılan strateji kruiz raketlərini sınaqdan keçirib
Digər ölkələr
06:17
ABŞ Avropaya Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib
Digər ölkələr
05:52
Mbappe Çempionlar Liqasının tarixində ən yaxşı bombardirlər arasında beşinci yerə yüksəlib
Futbol