FIFA-nın DÇ-2022-dən əldə etdiyi gəlir açıqlanıb
Dünya Çempionatı - 2022
- 16 dekabr, 2022
- 12:12
FIFA-nın Qətərdə keçirilən dünya çempionatında əldə etdiyi gəlir bəlli olub.
"Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun prezidenti Canni İnfantino mətbuat konfransında açıqlama verib.
O bildirib ki, cari mundialdan qazanılan vəsait 10,5 milyard dollar təşkil edib: "Bu isə 4 il əvvəl Rusiyada təşkil olunmuş dünya çempionatındakı gəlirdən 1 milyard dollar çoxdur".
Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də Argentina və Fransa yığmaları arasında keçiriləcək final oyunu ilə yekun vurulacaq. Dekabrın 17-də isə Xorvatiya və Mərakeş seçmələri 3-cü yer uğrunda matçda üz-üzə gələcəklər.
Son xəbərlər
20:14
"Sülh Körpüsü" Təşəbbüsü Ermənistan mediasının diplomatların Qarabağa səfəri ilə bağlı qərəzli mövqeyini pisləyib
Xarici siyasət20:04
Bakının Yasamal rayonunun bəzi ərazilərində qaz təchizatında qısamüddətli fasilə olacaq
Energetika20:01
Azərbaycanın U-19 millisi yoldaşlıq oyununda Moldovaya uduzub
Futbol19:50
Azərbaycan Vyetnamdan ananas idxalını bərpa edib
ASK19:50
Tramp: İran ABŞ ilə tez bir zamanda razılaşma bağlamaq istəyir
Digər ölkələr19:44
İlham Əliyev 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib
Xarici siyasət19:40
"Neftçi" futbolçusu Elvin Camalovla yollarını ayırıb
Futbol19:40
Avropa İttifaqı Arktikanı yeni strateji region hesab edir
Digər ölkələr19:38