DÇ-2026: Fildişi Sahili yığması Ekvadora qalib gəlib

Futbol
  • 15 iyun, 2026
  • 05:05
DÇ-2026: Fildişi Sahili yığması Ekvadora qalib gəlib

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Report"un məlumatına görə, E qrupunda Ekvador seçməsi ilə qarşılaşan Fildişi Sahili 1:0 hesablı qələbə qazanıb.

Qarşılaşmanın birinci hissəsində qapılara qol vurulmayıb. Aftika təmsilçisi qələbə qolunu 90-cu dəqiqədə vurub.

Hücumçu Amad Diallo diqqət mərəzinə düşməyi bacarıb.

Fildişi Sahili seçməsi II turda, iyunun 20-də Almaniya millisi, III turda isə Kurasao yığması (25 iyunda) ilə qarşılaşacaq. Ekvador millisi isə II turda Kurasao (21 iyun), III turda Almaniya seçməsi (25 iyun) ilə üz-üzə gələcək.

Qeyd edək ki, qrupun ilk matçında Almaniya ilə Kurasao yığmaları üz-üzə gəlib. Qarşılaşma Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə başa çatıb.

44 - Tezliklə