Böyük turnirlərdə penaltilər seriyasında qol vura bilməyən komandalar açıqlanıb
- 07 dekabr, 2022
- 07:43
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol tarixində böyük turnirlərin pley-off mərhələlərinin bir oyunu zamanı penaltilər seriyasında qol vura bilməyən komandaların siyahısı bəlli olub.
“Report”un Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) saytına istinadən məlumatına görə, indiyədək 6 belə hal yaşanıb.
Son olaraq Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsində İspaniya yığması Mərakeşlə görüşün penaltilər seriyasında rəqib qapısına yol tapa bilməyib. Bu, eyni zamanda mundiallar tarixində baş verən ikinci hadisədir.
Qeyd edək ki, əsas vaxtı 0:0 hesabı ilə başa çatan Mərakeş – İspaniya görüşünün penaltilər seriyasında Afrika təmsilçisi 3:0 hesablı qələbə qazanaraq, 1/4 finala adlayıb.
| Uduzan komanda | Oyun | Tarix | Turnir | Mərhələ |
| Çin | İran – 0:0 (p. 0:3) | 17/12/1988 | Asiya Kuboku | 3-cü yer uğrunda |
| İsveçrə | Ukrayna - 0:0 (p. 0:3) | 26/06/2006 | Dünya çempionatı | 1/8 final |
| Cənubi Koreya | Yaponiya – 2:2 (3:0) | 25/01/2011 | Asiya Kuboku | 1/2 final |
| Braziliya | Paraqvay - 0:0 (p. 0:2) | 17/07/2011 | Amerika Kuboku | 1/4 final |
| Portuqaliya | Çili – 0:0 (p. 0:3) | 28/06/2017 | Konfederasiyalar Kuboku | 1/2 final |
| İspaniya | Mərakeş – 0:0 (p. 0:3) | 06/12/2022 | Dünya çempionatı | 1/8 final |