Vladimir Fekete dini liderləri dindarlar arasında qarşılıqlı hörmət mühitinin gücləndirilməsinə çağırıb

Din
  • 28 oktyabr, 2026
  • 12:25
Vladimir Fekete dini liderləri dindarlar arasında qarşılıqlı hörmət mühitinin gücləndirilməsinə çağırıb

Dini liderlər müxtəlif dinlərin nümayəndələri arasında hörmətə əsaslanan ünsiyyət nümunəsi göstərməlidirlər, çünki bütün insanlar bir Yaradanın övladlarıdır.

"Report" xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanda Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete bildirib.

Onun sözlərinə görə, qlobal qeyri-sabitlik, eləcə də yeni xaos və qeyri-müəyyənlik ocaqlarının yaranması şəraitində sülh, qarşılıqlı hörmət və birlik ideyalarını təşviq etmək xüsusilə vacibdir.

"İlk növbədə, dindar insanlar öz nümunələri ilə göstərməlidirlər ki, biz hər bir insana, onun dindar olub-olmamasından, müsəlman, xristian və ya yəhudi olmasından asılı olmayaraq, sevgi ilə yanaşa bilərik, çünki hamımız bir Yaradanın övladlarıyıq", - o qeyd edib.

Yepiskop vurğulayıb ki, bir-birinə hörmət etmək və Yer üzündə bacı-qardaş kimi yaşamaq zərurətinə olan inam mövcud problemlərin həllinə kömək edə bilər.

O, həmçinin bəzi siyasi qüvvələrin dindən öz mənafeləri üçün istifadə etməsindən təəssüfləndiyini bildirib.

"Biz dindən sui-istifadə edilməməli olduğunu demək üçün buradayıq (VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda - red.). Bir ailə, bacı-qardaş kimi birlikdə yaşamaq üçün biz - müsəlmanlar, xristianlar, yəhudilər, digər dinlərin nümayəndələri, eləcə də Uca Yaradana aparan yolu hələ tapmayanlar çiyin-çiyinə dayanmalıyıq", - Fekete bəyan edib.

44 filmi