Şeyxülislam Allahşükür Paşazadə sabah Romaya səfər edəcək
Din
- 07 mart, 2026
- 14:04
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.
Bu barədə "Report"a QMİ-dən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və QMİ-nin təşəbbüsü ilə Romada martın 9-da Ramazanın İftar süfrəsi təşkil olunacaq.
QMİ sədri A. Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri İftar süfrəsində Papa XIV Leo Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcək.
Romadakı St. Regis Hoteldə keçiriləcək İftar süfrəsində İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələri iştirak edəcək.
Son xəbərlər
13:56
IV Bakı Təhlükəsizlik Forumu öz işinə başlayıb
Digər13:50
DİN Bakıdakı qurumlarında texnik-operator vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edir
Daxili siyasət13:40
"Sumqayıt" basketbol klubunun məşqçilər korpusu müəyyənləşib
Komanda13:30
"Araz-Naxçıvan"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb
Futbol13:27
Bakıda yeni müasir məhəllə qazanxanaları tikilir
Energetika13:07
Rafinya - Yamal cütlüyü "Barselona"da XXI əsrdə ən yüksək göstəriciyə imza atıblar
Futbol12:58
Kəmaləddin Heydərov Qırğızıstan səfiri ilə qarşılıqlı maraq doğuran məsələləri müzakirə edib
Xarici siyasət12:55
Özəl tibb müəssisəsi 26 min, direktoru 3 min manat cərimələnib
Hadisə12:54