Şərurda “Şəhidlər məscidi” inşa olunur
Din
- 04 dekabr, 2023
- 13:51
Naxçıvanın Şərur rayonunun Ələkli kənd sakinlərinin təşəbbüsü ilə yeni məscid inşa olunur.
“Report”un yerli bürosu xəbər verir ki, kənd sakinlərinin təşəbbüsü ilə tikilən yeni ibadət ocağına vətən oğullarının xatirəsini əbədiləşdirmək məqsədilə “Şəhidlər məscidi” adı verilib.
Kəndin mərkəzində inşa olunan məscid 100-dən artıq sakinin ibadət etməsi üçün nəzərdə tutulub. Bir günbəzdən və bir minarədən ibarət məscidin ətrafında şəhidlər parkı da yaradılacaq, yaşıllıqlar salınacaq.
Ümumi sahəsi 170 kvadratmetr olan məscid hazır olduqdan sonra kişilər üçün 100, qadınlar üçün isə 50 nəfərlik zallar istifadəyə veriləcək.
İbadət ocağının inşasına kəndin Naxçıvandan kənarda yaşayan sakinləri də dəstək göstərirlər.
Son xəbərlər
09:20
"Qalatasaray"ın sabiq futbolçusu Hakim Ziyeş Braziliya klubuna keçir
Futbol09:08
Tiaqo Motta "Fiorentina" ilə anlaşıb
Futbol09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (07.09.2026)
Maliyyə08:55
Jorjinyo Veynaldum karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək
Futbol08:38
Bakı, Göyçay və Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Energetika08:32
Alimlər 1-ci tip diabetin iki fərqli xəstəlik ola biləcəyini aşkarlayıblar
Elm və təhsil08:12
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur07:49
Nepalda daşqınlar zamanı itkin düşmüş qadın 10 gün sonra sağ tapılıb
Digər ölkələr07:23