Ramin Məmmədov ABŞ-də beynəlxalq simpoziumda iştirak edəcək
- 02 oktyabr, 2025
- 10:09
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ABŞ-yə səfərə gedir.
Bu barədə "Report"a dövlət qurumundan məlumat verilib.
O, Yuta ştatının Provo şəhərində oktyabrın 5-8-də"İnkişaf üçün yolların qurulması: Dini etiqad azadlığının regional, milli və beynəlxalq mühafizəsi" mövzusunda keçiriləcək 32-ci Beynəlxalq Hüquq və Din simpoziumunda iştirak edəcək.
R.Məmmədov tədbirdə "Dini azadlığın qorunmasında ən yaxşı təcrübələr: keçmiş və bugün" mövzusundakı plenar sessiyada çıxış edəcək.
Briqam Yanq Universitetinin Beynəlxalq Hüquq və Din Araşdırmaları Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq simpoziuma Avropa, Asiya, Yaxın Şərq, Afrika, Sakit okean hövzəsi, Şimali və Cənubi Amerika ölkələrindən, həmçinin ABŞ-dən olan nümayəndələr qatılacaqlar.
Dövlət Komitəsi sədrinin həmçinin səfər çərçivəsində bir sıra görüşləri də nəzərdə tutulur.