QMİ sədri: Azərbaycan tolerantlıq məsələsində bütün dünyaya nümunə göstərilir

Din
  • 13 noyabr, 2025
  • 13:38
QMİ sədri: Azərbaycan tolerantlıq məsələsində bütün dünyaya nümunə göstərilir

Azərbaycan tolerantlıq məsələsində bütün dünyaya nümunə kimi göstərilir.

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-nin İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin Bakı ofisinin açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycanda bütün dinlərin təmsilçiləri qardaş kimi yaşayırlar:

"Əlbəttə, bu şəraiti yaradan dövlətdir. Başqa dövlətlər də var ki, nümayəndələri tribunadan etdikləri çıxışlarda tolerantlıqdan danışsalar da, onların real həyatında, gündəlik yaşayışında biz bunu görmürük. Biz isə dinlər və məzhəblər arasında münasibətlərin səmimi və mehriban olmasına çalışırıq".

Şeyxülislam vurğulayıb ki, Azərbaycan tolerantlıq məsələsində bütün dünyaya nümunə kimi göstərilir:

"Bu yaxınlarda Vatikanda olduğum zaman kardinallarla görüşdük. Söhbət zamanı onlar mənə sual verdilər ki, Azərbaycan modelini bütün dünyaya necə yaya bilərik? Əslində, bu səviyyəyə çatmaq üçün çox böyük zəhmət çəkilib. İnanıram ki, gələcəkdə də bu böyük ailənin üzvləri olaraq birlikdə daha böyük işlər görəcəyik. İnşallah, qardaşlıq, dostluq və qarşılıqlı hörmət sayəsində daha böyük inkişaf əldə edəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti