Naxçıvanda bir sıra məscidlərə rəflər və kitablar təqdim olunub

Din
  • 15 iyul, 2026
  • 12:54
Naxçıvanda bir sıra məscidlərə rəflər və kitablar təqdim olunub

Naxçıvanda bir sıra məscidlərə kitab rəfləri və hər birinə 100 ədəd olmaqla kitablar təqdim olunub.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, kitablar komitənin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun "Hər məsciddə kitabxana" layihəsi çərçivəsində Sədərək, Şərur, Kəngərli, Babək, Şahbuz, Culfa və Ordubad rayonlarında, eləcə də Naxçıvan şəhərində yerləşən məscidlərə verilib.

Məlumata görə, 2025-ci ildən başladılan təşəbbüsün əsas məqsədi məscidlərdə mütaliə mühitinin formalaşdırılması, milli-mənəvi dəyərlərin təbliği, xüsusilə gənclər arasında oxu mədəniyyətinin təşviq edilməsi, habelə dini ibadət məkanlarının maarifləndirici və ictimai funksiyasının daha da gücləndirilməsidir. Nəşrlər arasında yalnız dini mövzulu əsərlər deyil, həm də fəlsəfə, tarix, ədəbiyyat və humanitar sahələrə aid kitablar, eləcə də Azərbaycan və dünya klassiklərinin nümunələri yer alıb. Ölkənin müxtəlif bölgələrində yerləşən məscidlərin kitabxanalarla təmin olunması mərhələli şəkildə davam etdirilir.

Naxçıvan Muxtar Respublikasında layihə aşağıdakı məscidləri əhatə edib:

Sədərək rayon məscidi;

Sədərək rayonu, Dəmirçi kənd məscidi;

Şərur rayon məscidi;

Şərur rayonu, Aralıq kənd məscidi;

Kəngərli rayon məscidi;

Babək rayon məscidi;

Babək rayonu, Nehrəm qəsəbə məscidi;

Babək rayonu, Cəhri qəsəbəsi "Heydərxanlı" məscidi;

Şahbuz rayon məscidi;

Naxçıvan şəhəri, "Heydər" məscidi;

Naxçıvan şəhəri, "Came" məscidi;

Naxçıvan şəhəri, "Pirqəmiş" məscidi;

Naxçıvan şəhəri, "Kazım Qarabəkir" məscidi;

Naxçıvan şəhəri, "Sarvanlar" məscidi;

Naxçıvan şəhəri, "Tumbul" məscidi;

Culfa rayon məscidi;

Culfa rayonu, Bənəniyar kənd məscidi;

Culfa rayonu, Əbrəqunus kənd məscidi;

Ordubad rayonu, Anaqut kəndi "Allahşükür" məscidi;

Ordubad rayonu, "Cümə" məscidi.