Mübariz Qurbanlı: "Qazılar Şurasının verdiyi fətva bütün məscidlərdə yerinə yetirilməlidir"
- 10 may, 2023
- 07:13
Yeniliklərdən dərhal xəbərdar olun!
"Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının verdiyi fətva bütün məscidlərdə yerinə yetirilməlidir".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açqılamasında deyib.
O bildirib ki, fətvada yer alan tövsiyələri kim pozsa, deməli həmin şəxs Azərbaycandakı dini mühitlə bağlı doğru addım atmır: "Ola bilsin ki, bu səbəbdən son günlər ardıcıl olaraq bir neçə din xadimi istefa verib. Bakıda hazırda ən azı 118 məscid fəaliyyət göstərir. Onlardan 5-i vəhdət sistemi ilə fəaliyyət göstərir. 99-a yaxın məscid isə bir məzhəbin daşıyıcısıdır. Siyasətimiz dövlətin siyasəti ilə eynidir və maarifləndirmə işində vəhdət prinsipinə üstünlük veririk. Bütün imamlara tövsiyə edirik ki, məscidlərdə vəhdət prinsipinə əməl etsinlər".