Komitə: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində iş gücləndiriləcək
- 09 oktyabr, 2026
- 10:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi milli-mənəvi dəyərlərə bağlı, dini radikalizmlə mübarizə və dini maarifçilik işinin təşkili istiqamətində silsilə tədbirlər keçirir.
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfransda jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsində din xadimlərinin, dini icmaların da rolu olduqca əhəmiyyətlidir:
"Əsas məqsəd din xadimlərinin prosesdə iştirakının müzakirəsi, bu sahədə fəaliyyətimizi daha sıx və daha effektiv şəkildə koordinasiya etmək, eyni zamanda sosial şəbəkələrin və medianın imkanlarından istifadə edərək gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində işimizi daha da gücləndirməkdir. Hesab edirik ki, din xadimlərinin və dini icmaların da işimizin daha da gücləndirilməsinə, bu istiqamətdə fəaliyyətimizin genişləndirilməsinə bu gün olduqca ehtiyac var".
G.İsmayılov vurğulayıb ki, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması hazırda ən aktual məsələlərindən biridir və komitə bu istiqamətdə aidiyyəti qurumlarla işini gücləndirəcək.