Fatih Mehmet Karaca: İqlim dəyişikliyi yalnız ekoloji çağırış deyil, həm də ədalət məsələsidir
- 07 oktyabr, 2026
- 11:18
Yeniliklərdən dərhal xəbərdar olun!
İqlim dəyişikliyi yalnız ekoloji çağırış deyil, həm də ədalət məsələsidir, çünki onun nəticələrini ən həssas icmalar xüsusilə kəskin şəkildə hiss edirlər.
"Report"un Astanaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyənin Diyanət İşləri İdarəsi sədrinin müavini Fatih Mehmet Karaca Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasında bildirib.
"İqlim dəyişikliyi ədalət məsələsidir. Ən həssas icmalar çox vaxt yüksək bədəli ödəyirlər", - o qeyd edib.
F.Karacanın sözlərinə görə, temperaturun artması, quraqlıqlar, daşqınlar, meşə yanğınları insanların həyatına ciddi təsir göstərir.
Onun sözlərinə görə, dini təlimlər ətraf mühitin və gələcək nəsillərin qorunması üçün zəruri olan mötədillik və məsuliyyətli istehlak mədəniyyətinin formalaşmasına kömək edə bilər.