Dövlət müşaviri: "Prezident 2016-cı ili "Multikulturalizm ili" elan etməklə dünyaya çox aydın bir mesaj göndərib"

Din
  • 09 fevral, 2016
  • 11:21
Dövlət müşaviri: Prezident 2016-cı ili Multikulturalizm ili elan etməklə dünyaya çox aydın bir mesaj göndərib

Bakı. 9 fevral REPORT.AZ/ Bu gün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev qış məktəbinin iştirakçıları ilə görüşüb.

"Report"un məlumatına görə, K.Abdullayev bildirib ki, Prezident İlham Əliyev yay məktəbinin işləri ilə tanış olduqdan sonra qış məktəbinin də təşkil olunması üçün tapşırıq verib.

K.Abdullayev deyib ki, bu gün dünyanın məhəbbət, mərhəmət və şəfqətə çox böyük ehtiyacı var: "İlham Əliyev bu ili "Multikulturalizm ili" elan etməklə əslində dünyaya aydın bir mesaj göndərib".

BBMM-in təşkil etdiyi qış məktəbi fevralın 8-dən 15-dək davam edəcək. Qış məktəbinə müxtəlif ölkələrdən tələbələr və mütəxəssislər qatılıb.

44 filmi