​Dövlət Komitəsinin işdən çıxarılan Aparat rəhbərinə yeni vəzifə verilib

Din
  • 05 avqust, 2015
  • 06:24
​Dövlət Komitəsinin işdən çıxarılan Aparat rəhbərinə yeni vəzifə verilib

Bakı. 5 avqust. REPORT.AZ/ Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni kadr təyinatı olub. Bu barədə “Report”a DQİDK-nın mətbuat xidmətindən məlumat verilib.

Belə ki, aparılan kadr dəyişikliklərinə əsasən, DQİDK-nın işdən çıxarılan Aparat rəhbəri Oqtay Hüseynov Dövlət Komitəsinin Maliyyə-təsərrüfat şöbəsinin müdiri təyin olunub.

Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri vəzifəsinə Ümumi şöbənin müdiri Alim Süleymanov təyin edilib.