Deputat: Vaşinqton görüşü fonunda müəyyən qüvvələr dini məsələlərlə bağlı fəallaşıb
- 11 sentyabr, 2025
- 14:28

Din sahəsində proseslər kənardan rəvan görünsə də, alt qatda ciddi hadisələr baş verir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, xüsusilə, qeyri-ənənəvi radikal dini qrupların yayılmasına cəhd halları kimi hallar qeydə alınır:
"Ona görə, dini durumun təhlili, dini icmalarla fəal iş aparılması, müzakirələrin artırılması vacibdir. Ümumilikdə, proseslər göstərir ki, din məsələsi bir alət kimi istifadə olunur və olunacaq. Vaşinqton görüşü və əldə edilən razılaşmalar fonunda müəyyən qüvvələrin xüsusilə dini məsələlərlə bağlı aktivləşdiyinin şahidi oluruq. Bu sahədə addımlar atılmasına ehtiyac var. Əks halda gələcəkdə ciddi problemlər yaşayacağıq".