Bakıdakı qadın cəzaçəkmə müəssisəsində məhkumlarla seminar-treninq keçirilib
- 15 dekabr, 2016
- 16:27
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı 15 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Penitensiar Xidmət arasında imzalanan Tədbirlər Planına əsasən, 4 saylı qadın cəzaçəkmə müəssisəsində “İslamda qadına verilən dəyər” və “Ananın övladın təlim-tərbiyəsində rolu”, yeniyetmələrin cəzaçəkmə müəssisəsində “İslamda vətən sevgisi” mövzusunda məhkumlarla seminar-treninq keçirilib.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, ədbirdə Penitensiar Xidmətin Tərbiyə işinin təşkili idarəsinin böyük inspektoru Natavan Tahirova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova və Dinşünaslıq ekspertizası şöbəsinin məsləhətçisi Zeynəb Tayıbova iştirak ediblər.
Tədbirdə İslamın qadına verdiyi dəyər, təlim-tərbiyə işində qadınların üzərinə düşən məsuliyyət, xurafatla və dini radikalizmlə mübarizə, eləcə də vətənpərvərlik və İslamda vətənə olan sevgi mövzusu müzakirə olunub.
Sonra mövzu ilə əlaqədar məhkumların sualları cavablandırılıb.
Tədbirin sonunda məhkumlara qonaqlar tərəfindən DQİDK-nın nəşri olan dini ədəbiyyatlar hədiyyə verilib.