Bakıdakı “Əli qədəmgahı” ziyarətgahının dövlət qeydiyyatı ləğv olunub

Din
  • 19 iyul, 2017
  • 05:45
Bakıdakı “Əli qədəmgahı” ziyarətgahının dövlət qeydiyyatı ləğv olunub

Bakı. 19 iyul. REPORT.AZ/ Bakıda ziyarətgahlardan birinin dövlət qeydiyyatı ləğv olunub.

“Report”un xəbərinə görə, Suraxanı rayonu, Zığ qəsəbəsi “Əli qədəmgahı” ziyarətgahının qeydiyyatı həmin ziyarətgahın təsisçilərinin 14 iyul 2017-ci il tarixli ümumi yığıncağının qərarı ilə ləğv edilib.

Qeyd edək ki, “Əli qədəmgahı” 8 may 2002-ci il tarixli 111 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb.