Bakıda beynəlxalq konfransın iştirakçılarına islamofobiyaya qarşı birgə mübarizəyə çağırış edilib

Din
  • 27 may, 2025
  • 16:57
Bakıda beynəlxalq konfransın iştirakçılarına islamofobiyaya qarşı birgə mübarizəyə çağırış edilib
Rəvan Həsənov

Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına islamofobiya ilə birgə mübarizəyə çağırış edilib.

“Report” xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BMTM) icraçı direktoru Rəvan Həsənov Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfrans çərçivəsində yekun sənədin qəbulundan sonra təşkil olunan brifinqdə danışıb.

R.Həsənov yekun sənədin qəbulunun effektiv olacağına inandığını vurğulayıb:

"İslamofobiyaya qarşı birgə mübarizədə yorulmayaq. Biz bu gün islamofobiya ilə mübarizə mesajımızı Bakıdan dünyaya ötürdük. Ümid edirəm ki, bu mesajı dünyanın hər yerindən çatdırmağı bacaracayıq. Ayrı-seçkiliyin hər növünə qarşı birlikdə mübarizə aparmağa qadirik".