Bahar Muradova: Azərbaycanın tolerantlığı, multikultural dəyərləri dünyaya nümunədir

Din
  • 05 noyabr, 2025
  • 12:46
Bahar Muradova: Azərbaycanın tolerantlığı, multikultural dəyərləri dünyaya nümunədir

Azərbaycanın tolerantlığı, multikultural dəyərləri dünyaya nümunədir.

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova noyabrın 5-də Bakıda keçirilən "Fərqliliyin rəngi" festivalında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, insanlar fərqli dini icmalara məxsus ailələrdə dünyaya gəlirlər:

"Ailə insanın sosial həyatda formalaşdığı ilk yerdir. Hər bir insan ailədən aldığı inanc, dəyərlər və mədəniyyətlə böyüyür. Dövlətçilik düşüncəsi də ilk olaraq buradan başlayır. Vətəndaş anlayışı isə yaşadığımız coğrafiya ilə formalaşır. Azərbaycanın tolerantlığı, multikultural dəyərləri və bu dəyərlərin içərisində bir-birindən fərqlənmək bacarığı dünyaya nümunədir".

Dövlət Komitəsinin sədri bildirib ki, Bakıda ilk dəfə tolerantlıq və rəngarənglik mövzusunda festivalın keçirilməsi böyük əhəmiyyət kəsb edir:

"İnanıram ki, bu festival təkcə paytaxtda deyil, Azərbaycanın digər bölgələrində də keçiriləcək".

B.Muradova həmçinin qeyd edib ki, Azərbaycana müxtəlif vaxtlarda gələn və burada məskunlaşan insanlar dini inanclarından, siyasi görüşlərindən və mədəniyyətlərindən asılı olmayaraq bir dəyər ətrafında birləşiblər:

"Bu birliyimiz olmasa, müstəqil dövlət qurmaq mümkün olmazdı. Dövlətimizin müstəqilliyini qorumaq və inkişaf etdirmək üçün xalqın iradəsi və həmrəyliyi əsasdır".

Son xəbərlər

Bütün Xəbər Lenti