Azərbaycanlı zəvvarlar bu axşam Həcc ayinlərinə başlayırlar
Din
- 03 iyun, 2025
- 20:08
Azərbaycanlı zəvvarlar bu axşam Həcc ziyarətinin əsas ayinlərinə başlayırlar.
Bu barədə "Report"a açıqlamasında QMİ Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri bildirib.
"Kim istəsə, tərviyəyə çıxır. Bizim hacıların təxminən 50-60 faizi Minaya gedəcək. Məkkədə qalan hacılar isə sabah gecə Ərəfata qalxacaqlar və birisi gün səhər Ərəfatda olacaqlar. Minada tərviyəyə gedən hacılarımız isə sübh namazından sonra Ərəfata gələcəklər", - QMİ rəsmisi deyib.
V.Cahangiri bütün zəvvarların Ərəfatda olacağını qeyd edib:
"Ərəfat günü Qurban bayramından bir gün əvvəldir. Zəvvar gəlib Ərəfatda durmasa, Həcc ziyarəti sayılmır. Zülhiccə ayının 9-u, yəni iyunun 5-də hacıların hamısı Ərəfatda durub ibadətlərini etməlidirlər".
Son xəbərlər
08:00
İsrail yeni müqavilə çərçivəsində qoşunlarını Livandan mərhələli şəkildə çıxaracaq
Region07:52
DÇ-2026: Yeni Zelandiya - Belçika matçında ilk hissə bitib - YENİLƏNİR-2
Futbol07:52
DÇ-2026: Misir - İran görüşündə birinci hissə başa çatıb - YENİLƏNİR-3
Futbol07:50
Tailandda spirtli içkilərin satışına qadağa qoyulub
Digər ölkələr07:48
Luis de la Fuente: "Uruqvay millisi həddindən artıq sərt oynayırdı"
Futbol07:42
Marselo Byelsa: "Məni nəticə verməyən baş məşqçi kimi xatırlayacaqlar"
Futbol07:18
ABŞ yenidən futbol üzrə dünya çempionatına ev sahibliyi etmək istəyir
Futbol07:07
İran ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib
Region06:47