Allahşükür Paşazadə Rusiyaya səfəri zamanı Moskva Cümə Məscidi ilə bağlı vəziyyəti müzakirə edəcək

Din
  • 12 noyabr, 2016
  • 09:01
Allahşükür Paşazadə Rusiyaya səfəri zamanı Moskva Cümə Məscidi ilə bağlı vəziyyəti müzakirə edəcək
Report.az

Moskva. 12 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə noyabrın 20-də Moskvaya gedəcək.

Bunu "Report"a açıqlamasında QMİ-nin sədr müavini Rəşad Əliyarlı deyib. 

Onun sözlərinə görə, A.Paşazadə səfər zamanı Moskva və bütün Rusiyanın patriarxı Kirilin 70 illik yubileyində iştirak edəcək. QMİ sədrinin səfəri 2 gün davam edəcək.

QMİ-nin Rusiyadakı nümayəndəsi Şafiq Pşixaçev "Report"a bildirib ki, A.Paşazdə Moskvada bir sıra görüşlər keçirməyi, o cümlədən Rusiya Müsəlmanları Mərkəzi Ruhani İdarəsinin rəhbəri Ravil Qaynutdinlə görüşməyi planlaşdırır: "Allahşükür Paşazadə "Əhli-Beyt" ictimai təşkilatı və Moskva Cümə Məscidinin rəhbərliyi arasında yaranmış mübahisəni nəzarət altında saxlayır. Bununla bağlı aparılan müzakirələrdə əldə olunan nəticələr Moskvaya səfərinin yekununda açıqlanacaq".

44 filmi