Allahşükür Paşazadə: Müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Din
  • 07 oktyabr, 2026
  • 10:50
Allahşükür Paşazadə: Müharibələrin səngimədiyi dövrdə din xadimlərinin üzərinə böyük məsuliyyət düşür

Qarşıdurma və müharibələrin səngimədiyi dövrdə cəmiyyətin bütün nümayəndələrinin, o cümlədən din xadimlərinin üzərinə böyük məsuliyyət düşür.

"Report"un Astanaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və Ənənəvi Din Liderləri Qurultayı Katibliyinin XXIV iclasındakı çıxışında deyib.

QMİ sədrinin sözlərinə görə, insanlar arasında qardaşlıq mühitinin inkişafı və nifrət çağırışlarının qarşısının alınması yönündə fəaliyyət gücləndirilməlidir:

"Dünyanın müxtəlif regionlarında günahsız insanlara qarşı zorakılıq hallarına son qoyulması üçün beynəlxalq hüququn qüvvə və imkanlarından istifadə etməliyik. BMT Baş Assambleyasının 81-ci sessiyasında məhz etimadın bərpası devizinin əsas götürülməsi bu qurumun effektivliyinin arıtırılması zərurətindən irəli gəlir".

A.Paşazadə həmçinin Dünya və Ənənəvi Din Liderləri Qurultayının əhəmiyyətinə də toxunub:

"Bu qurultaylar beynəlxalq aləmdə öz önəmini iki onillikdən artıq müddətdə artıq təsdiq edib. Astana Qurultaylarının müstəsna əhəmiyyəti dini liderlərlə ictimai-siyasi xadimlərin daimi fəaliyyət göstərdiyi platforma olmasındadır".

44 filmi