Vens: ABŞ Azərbaycana bir neçə yeni kater tədarük etməyi planlaşdırır

Biznes
  • 10 fevral, 2026
  • 19:26
Vens: ABŞ Azərbaycana bir neçə yeni kater tədarük etməyi planlaşdırır

ABŞ Azərbaycanın ərazi sularının müdafiəsinə kömək etmək üçün ölkəyə bir neçə yeni kater tədarük etməyi planlaşdırır.

"Report"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə bəyanatla çıxış edərkən bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında geniş əməkdaşlıq istiqamətləri mövcuddur və Vaşinqton təkcə təhlükəsizlik sahəsində deyil, həm də iqtisadi sahədə tərəfdaşlığı möhkəmləndirmək niyyətindədir.

"Danışacağımız və elan edəcəyimiz çox şey var. Biz burada bütün günü müsbət proseslər barədə danışmaqla keçirə bilərdik", - Vens qeyd edib.

"Mən həmçinin fəxrlə elan edirəm ki, mənə elə gəlir, mən Azərbaycanın iki hissəsini (Naxçıvan Muxtar Respublikası ilə - red.) birləşdirəcək "Tramp Marşrutu" üzərindən uçan ilk şəxslərdən biri oldum. Ümid edirik ki, bu, iqtisadi əməkdaşlığın inkişafına, təbii ehtiyatlar və kritik əhəmiyyətli minerallar sahəsində qarşılıqlı fəaliyyətə töhfə verəcək və Azərbaycanla Ermənistan arasında bu tarixi sülh sazişinin möhkəmlənməsinə kömək edəcək", - ABŞ-nin Vitse-prezidenti vurğulayıb.

Son xəbərlər

Bütün Xəbər Lenti