Suriyadan Azərbaycana repatriasiya edilmiş 23 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Sosial müdafiə
  • 13 iyun, 2026
  • 14:14
Suriyadan Azərbaycana repatriasiya edilmiş 23 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəyə repatriasiya edilmiş 7-is qadın, 16-sı uşaq olmaqla daha 23 nəfər vətəndaş Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Bu bu barədə "Report"a Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar.

Son illərdə Sosial Xidmətlər Agentliyi Azərbaycana repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib.