Qərbi Azərbaycan Xronikası: Qədim türk tarixinin sübutu

Digər
  • 18 noyabr, 2025
  • 21:38
Qərbi Azərbaycan Xronikası: Qədim türk tarixinin sübutu

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Bala Məzrə - qədim türk tarixinin sübutu" adlı süjet hazırlanıb.

"Report" xəbər verir ki, bugünkü süjetdə erməni saxtakarlığına, addəyişmə terroruna məruz qalan Balakənd, Bala Məzrə toponimi və Bala tüklü təpə oronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan sakinləri zaman-zaman tarixi etnik vətənlərindən deportasiyaya məruz qaldıqdan sonra coğrafi məkanlarımızın izi itirilməyə çalışılıb.

Vurğulanır ki, Qərbi Azərbaycanın erməni saxtakarlığına məruz qalmış toponimləri unudulmayan və unudulmayacaq türk, oğuz izləridir: "Bunlar həm də erməni addəyişmə terrorunun qurbanları, Qərbi Azərbaycanın itirilmiş qədim tarixini əks etdirən yaşayış məskənləridir. Təbii ki, bu, bir reallıqdır və tarix boyu bu həqiqətlər gizlədilə və itirilə bilməz".

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Qərbi Azərbaycan Xronikası: Qədim türk tarixinin sübutu

Son xəbərlər

Bütün Xəbər Lenti