Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Sağlamlıq
  • 09 fevral, 2026
  • 11:00
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlanıb

Azərbaycanda 2025-ci ilin ikinci rübünün sonunadək İİV infeksiyası ilə (insanın immun çatışmazlığı virusu) yaşayan 11 min 554 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində rəsmi qeydiyyatdadır.

Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.

Həmin şəxslərdən 70 %-i kişilər, 30 %-i isə qadınlardır. Ölkədə 2006-cı ildən etibarən tətbiq edilən antiretrovirus müalicə proqramı çərçivəsində isə hazırda on mindən çox İİV-lə yaşayan şəxs daimi nəzarət və müalicə altındadır.

Xatırladaq ki, İnsan İmmunçatışmazlığı Virusu (İİV) – İnsan orqanizmində immun sistemin tədricən zəifləməsi ilə xarakterizə olunan, müalicə edilən müxtəlif ağırlaşmalar və yanaşı xəstəliklərin inkişafına gətirib çıxaran xroniki infeksion xəstəlikdir. Azərbaycanda ilk İİV-ə yoluxmuş şəxs 1987-ci ildə aşkarlanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti