Kolumbiyada polis idarəsində baş verən yanğında altı nəfər ölüb
Digər
- 18 sentyabr, 2025
- 08:29

Kolumbiyanın mərkəzində polis idarəsində baş verən yanğında altı nəfər ölüb.
"Report"un məlumatına görə, bu barədə Kundinamarka departamentinin qubernatoru Xorxe Rey Anxel məlumat verib.
"Dünən gecə Funsa bələdiyyəsində polis bölməsində insident baş verib. İlkin ehtimala görə, saxlanılanlar döşəkləri yandırıblar və nəticədə yanğın baş verib", - o, "X"də yazıb.
Qubernatorun sözlərinə görə, hadisə nəticəsində müvəqqəti təcridxanada saxlanılan altı şəxs ölüb, digər altı nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.
Kamerada olan digər şəxs isə sınıq xəsarəti ilə xəstəxanaya aparılıb.
Son xəbərlər
10:14
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub
Digər10:13
Türkiyəli nazir: Zəngəzur dəhlizinin açılması ilə tranzit ticarəti artacaq
Xarici siyasət10:13
Abşeronda hündürlükdən yıxılan kişi ölüb
Hadisə10:12
Bakı aeroportu "Formula 1" ilə əlaqədar sərnişinlərə müraciət edib
İnfrastruktur10:11
Foto
Naxçıvanda vergi nəzarəti gücləndirilir
Biznes10:07
Azərbaycan klubu iki gənc basketbolçu ilə müqavilə imzalayıb
Komanda10:04
BMT-nin hakimlər və vəkillər üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək
Hadisə10:03
Bakıda ev yanır
Hadisə09:59