"Kəpəz" Azər Məmmədovla 1 illik müqavilə imzaladığını açıqlayıb

Futbol
  • 04 iyul, 2026
  • 14:55
Kəpəz Azər Məmmədovla 1 illik müqavilə imzaladığını açıqlayıb

"Kəpəz" yeni baş məşqçisi Azər Məmmədovla müqavilənin detallarını açıqlayıb.

Bu barədə "Report"a Gəncə təmsilçisinin mətbuat xidmətindən bildirilib.

50 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, A.Məmmədov 2023-cü ildə də "sarı-göylər"in baş məşqçisi vəzifəsində çalışıb.