İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər

Digər
  • 13 aprel, 2026
  • 04:29
İran və Fransanın XİN başçıları İslamabad danışıqlarını müzakirə ediblər

İranın xarici işlər naziri Abbas Əraqçi fransalı həmkarı Jan-Noel Barro ilə telefonla danışıb.

"Report" xəbər verir ki, bu barədə A. Əraqçi özünün "Telegram" kanalında məlumat yayıb.

"Söhbət zamanı İslamabadda İran-ABŞ danışıqlarının son vəziyyəti barədə müzakirə və fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.